Xəzər TV-nin adından istifadə edən fırıldaqçılar ifşa edildi - VİDEO10-03-2017, 09:28
Çap et Şirin dillərini işə salaraq yalan danışır və vətəndaşları aldadırlar.Xəzər TV-nin adından istifadə edən fırıldaqçılar insanlara zəng edərək guya uduş kampaniyası keçirdiklərini bildirir, ucuz malları baha qiymətə satırlar. Növbəti qurbanlardan biri Bakı sakini Ziyafət Əliyeva olub. İnsanlara 3 sadə və primitiv sual verirlər. Hansı ki, sualların cavabını uşaq da bilir. Cavab tapandan sonra bildirirlər ki, siz qalibsiz və baha məhsulu sizə ucuz qiymətə sata bilərik. Şirnikləndirmək üçün üstündə çoxlu bahalı hədiyyələr verəcəklərini də söyləyirlər. Gətirdikləri hədiyyələr 10-15 manat dəyərinə ucuz əşyalardır. Üstəlik, söz verdikləri hədiyyələrin bəzisini hansısa bəhanəylə insanlara vermirlər. Əslində isə Xəzər TV hansısa kompaniya keçirmir və bunun elan və anonsları da yoxdur. Ziyafət Əliyevaya zəng edən nömrə ilə əlaqə saxlasaq da, yalan danışaraq belə bir iş görmədiklərini dedilər. 670 manata satıldığı deyilən tozsoran markasının Bakıdakı nümayəndəliyi ilə əlaqə saxladıq. Bildirdilər ki, onların da adından tez- tez belə saxta kompaniyalar keçirdiklərini eşidiblər. Fırıldaqçıların əməlini ifşa edən əsas sübut isə tozsoranın qiymətidir. Ziyafət Əliyeva fırıldaqçılarla bağlı polisə müraciət edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Şirin dillərini işə salaraq yalan danışır və vətəndaşları aldadırlar.