Demo Sayt » hadise » Bakıda intihar - 45 yaşlı kişi özünü qaz borusundan asdı


Bakıda intihar - 45 yaşlı kişi özünü qaz borusundan asdı

12-04-2017, 11:40
Çap et
Bakıda intihar - 45 yaşlı kişi özünü qaz borusundan asdı Sulutəpə qəsəbəsində intihar hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Əliyev Müşfiq Cənnət oğlu özünü yaşadığı evin həyətindəki qaz borusundan asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
Reytinq: