Demo Sayt » hadise » Avtomobilin təkərlərində gizlədilən 13000 siqaret müsadirə edildi


Avtomobilin təkərlərində gizlədilən 13000 siqaret müsadirə edildi

12-04-2017, 11:41
Çap et
Avtomobilin təkərlərində gizlədilən 13000 siqaret müsadirə edildi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: