Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü - BİR AİLƏNİN DƏHŞƏTLİ TALEYİ7-06-2017, 13:20
Çap et Belə ki, Bakıdakı çörəkbişirmə sexində işləyən qardaşlar doğulub böyüdükləri Ucarın Müsüslü kəndinə gedərək anaları 51 yaşlı Abdullayeva Gülzar Knyaz qızını paytaxta həkimə gətirmək istəyiblər. Gecə saatlarında Müsüslüdən yola çıxan ailə Hacıqabul ərazisində qəzaya düşüb və 23 yaşlı Amil Abdullayevin sürdüyü maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Ana və iki oğlu hadisə yerində keçinib. 28 yaşlı Samir Abdullayevin 6 yaşlı oğlu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, uşağın vəziyyəti ağır olaraq qalır. Qeyd edək ki, dəhşətli qəzada ölən qardaşların hər ikisi ailəli olub. Onların ikisinin də bir övladı varmış. Sükan arxasında olan Amil Abdullayev keçən il ailə həyatı qurubmuş. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
