Demo Sayt » hadise » Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi


Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi

7-06-2017, 15:38
Çap et
Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.
Yasamal İcra Hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev və icra hakimiyyətinin qaçqınlarla iş üzrə sektor müdiri Bahadır Nurullayev hadisə yerinə gedib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı 5 nəfər tüstüdən boğulub. Onlardan 4 nəfərə elə yerindəcə ilkin yardım göstərilib, 1 nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ona da tibbi yardım göstərildikdən sonra buraxılıb.
Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissəsindən məlumat verilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.
Yanğının baş verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.
Yasamalda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğınla əlaqədar hadisə yerinə 3 təcili tibbi yardım briqadası göndərilib. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, hələ hospitalizasiya edilən yoxdur. Binada qalıb qalmayanlarla bağlı iş gedir.
Yataqxana binasının qabağında xırda tikililərin olması yanğınsöndürən maşınların binaya tam yaxınlaşmasına mane olur. Panikaya düşən sakinlər də yanğınsöndürənlərin işinə əlavə maneə yaradırlar.

Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindiBakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi
Reytinq: