Demo Sayt » hadise » Bakıda qız anasını evini belə yardı


Bakıda qız anasını evini belə yardı

16-06-2017, 12:21
Çap et
Bakıda qız anasını evini belə yardı Bakıda külli miqdarda pul oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, cari il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.
Araşdırma aparılır.
Reytinq: