"Bilmirəm nə edim, 3 qız uşağı ilə..." - Evi külə dönən qadının FƏRYADI - VİDEO2-08-2017, 17:49
Çap et ARB TV xəbər verir ki, hadisə günorta saatlarında Mahirə Şirəliyevaya məxsus ümumi sahəsi 120 kv.m olan evdə qeydə alınıb. Mahirə Şirəliyeva – ev sahibi: “Xəbər tutub çölə çıxdıq. Uşaqlarımı götürüb, zorla qaçdım. 3 göz evim, mətbəx, 3 qızıma aldığım cehiz... Allah, göydə görürsən, zülümlə, zillətlə aldığım cehiz, hər şeyim yandı. Biraz pulum, qızılım var idi. Qızılı da tapa bilmədik, yandı getdi. Bilmirəm nə edim, 3 qız uşağı ilə. Yoldaşım da rəhmətə gedib”. Arifə Rəhimova – qonşu: “Hamı evdə idi. Saat 4 idi. Çıxdıq çölə ki, o “quppa-qup” nədi. Çıxdıq çölə ki, Xudaya, şiferlər necə partlayır. Qapıdan toyuqlar da qaçdı”. Yanğınsöndürənlər alovun bitişik evə keçməsinin qarşısını alıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
