Demo Sayt » hadise » Nardaran hadisələrinə görə həbs edilənlərin bir qrupu AZADLIQDA


Nardaran hadisələrinə görə həbs edilənlərin bir qrupu AZADLIQDA

11-09-2017, 13:30
Çap et
Nardaran hadisələrinə görə həbs edilənlərin bir qrupu AZADLIQDA Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.
APA-nın məlumatına görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

Reytinq: