Kürdüstana dəstək verən dövlət məmuru cəzalandırılacaq - İCRA BAŞÇISI DANIŞDI26-09-2017, 16:24
Çap et 14:19 “Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır”. Bunu APA-ya açıqlamasında “Facebook” sosial şəbəkəsində Şimali İraq Kürdüstan Muxtariyyətində müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev deyib. “Facebook” sosial şəbəkəsindəki səhifəsində Laçın Rayon İcra Hakimiyyətində çalışdığını qeyd edən F. Tanirverdiyev rəsmi şəxs kimi Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmə dəstəklə bağlı mövqeyinə aydınlıq gətirməsi barədə ona sual ünvanlayan APA İnformasiya Agentliyini məhkəməyə verməklə də hədələyib: “Mən rəsmi şəxsəm, siz rəsmi dövlət orqanısınız ki, sizə açıqlama verim? Rəsmi orqanlar çağırar, gedib açıqlama verərəm. Siz Dövlət Təhlükəsizliyi Xidmətisiniz, Daxili İşlər Nazirliyisiniz? Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm. Məni separatçı kimi görürsünüzsə, gedin, məhkəməyə verin. Mən bunu separatizm kimi görmürəm". 11:51 Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir. Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
