Demo Sayt » hadise » Azərbaycanda dəhşətli hadisədə ölənlərin adı açıqlandı - YENİLƏNİB


Azərbaycanda dəhşətli hadisədə ölənlərin adı açıqlandı - YENİLƏNİB

9-10-2017, 11:57
Çap et
Azərbaycanda dəhşətli hadisədə ölənlərin adı açıqlandı - YENİLƏNİB Ötən gecə Hacıqabul-Horadiz yolunun Sabirabaddan keçən hissəsində baş vermiş dəhşətli yol qəzasında ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin “KamAZ”a çırpılması nəticəsində ölən şəxslər bunlardır:
1997-ci il təvəllüdlü Rəsulzadə Səxavət Əhməd oğlu
1996-cı il təvəllüdlü Quluzadə Elsevər Bəxtiyar oğlu
1981-ci il təvəllüdlü Musayev Nəriman Telman oğlu
1996-cı il təvəllüdlü Eyvazlı Etibar Məzahir oğlu
Məlum olub ki, dəhşətli qəzaya düşən avtomobil Füzuli rayonundan Bakıya gəlirmiş.

9:04
Sabirabadda yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.
Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.
Ölənlərin kimliyi dəqiqləşdirilir.

07:56
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ölən və yaralıların şəxsiyyətləri, həmçinin qəzanın təfərrüatları müəyyənləşdirilir.

Reytinq: