Dərmanları corablarında gizlətmək istədi, gömrükdə ələ keçdi19-10-2017, 12:03
Çap et Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub. Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
