Demo Sayt » hadise » Bakıda qadın kişini bıçaqladı


Bakıda qadın kişini bıçaqladı

10-11-2017, 10:22
Çap et
Bakıda qadın kişini bıçaqladı Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb.
Hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Azadlıq prospektində, 47 nömrəli orta məktəbin yaxınlığında 1985-ci il təvəllüdlü Babayev Rövşən İlham oğlu tanıdığı qadınla mübahisə edib. Mübahisə zamanı qadın bıçaqla onun əlinə xəsarət yetirib.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.
Reytinq: