Demo Sayt » hadise » Zaqatalada sakinindən 300 kilodan çox narkotik maddə götürüldü


Zaqatalada sakinindən 300 kilodan çox narkotik maddə götürüldü

22-07-2015, 10:36
Çap et
Zaqatalada sakinindən 300 kilodan çox narkotik maddə götürüldü Zaqatalada narkotik maddələrin alveri ilə məşğul olan şəxslər tutulub. Aşağı Tala kənd sakini Xətai Mirzəyevin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 275 kiloqram olan 530 ədəd çətənə kolu aşkar edilib. Onun həyətinə baxış zamanı əlavə olaraq gizlətdiyi 42,05 qram marixuana və 1 ədəd “İj” markalı tüfəng aşkar edilərək götürülüb.
X.Mirzəyevin narkotik tərkibli bitkiləri həmkəndlisi Aslan Əzizov və Tülü kənd sakini, axtarışda olan Bahəddin İsmayılov ilə birgə yetişdirmələri müəyyən edilib.
A.Əzizov və B.İsmayılov da tutulublar.
Reytinq: