Demo Sayt » hadise » Bakıda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi


Bakıda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi

20-12-2017, 16:35
Çap et
Bakıda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 gənc xilas edilib.
Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar. Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər 3 gənc boğulmaq təhlükəsiz ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.
Qeyd edək ki, xilas edilən gənclərin 3-ü də Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.
Reytinq: