Demo Sayt » hadise » FHN itkin düşən alpinistlərin axtarışlarına başladı


FHN itkin düşən alpinistlərin axtarışlarına başladı

27-12-2017, 10:53
Çap et
FHN itkin düşən alpinistlərin axtarışlarına başladı Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda itkin düşən alpinistlərin axtarışına başlayıb.
Nazirlikdən bildirilib ki, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.
FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Reytinq: