Demo Sayt » hadise » Azərbaycanda avtobusda törədilmiş dəhşətli qətlin SƏBƏBİ BİLİNDİ


Azərbaycanda avtobusda törədilmiş dəhşətli qətlin SƏBƏBİ BİLİNDİ

28-12-2017, 12:38
Çap et
Azərbaycanda avtobusda törədilmiş dəhşətli qətlin SƏBƏBİ BİLİNDİ Dünən Cəlilabad rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Rayon mərkəzindən Uzuntəpə kəndinə gedən yolda hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu qətlə yetirən 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu hadisəni münaqişə zəminində törətdiyini bildirib.
Məlum olub ki, Rakif Hüseynovun oğlu 18 yaşlı Əvəzin bacısı ilə ailəli olub. Lakin sonradan onlar arasındakı münasibət pozulub. Gənc cütlüyün münasibətlərinin pozulması və boşanması ailələr arasında da münaqişəyə səbəb olub. Bu səbəbdən də Əvəz Həmzəyev bacısının qayınatasını öldürmək qərarına gəlib. O, əvvəlcədən planlaşdırdığı kimi R.Hüseynovun mindiyi avtobusa daxil olub və nəqliyyat vasitəsi hərəkətdə olarkən planını həyata keçirib. Hadisə qəfil baş verdiyindən avtobusdakı sərnişinlər müdaxilə edə bilməyib. Sürücü yaralını xəstəxanaya çatdırsa da, artıq gec olub.
R.Hüseynov qətlə yetirilərkən avtobusda onun həyat yoldaşı və bacısının övladı da olub. Araşdırma aparılır.
Reytinq: