Demo Sayt » hadise » Axtarışda olan 25 nəfər saxlanılıb


Axtarışda olan 25 nəfər saxlanılıb

29-01-2018, 11:14
Çap et
Axtarışda olan 25 nəfər saxlanılıb 2018-ci il yanvar ayının 27-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı "isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Reytinq: