Demo Sayt » hadise » Axtarışda olan 15 nəfər tulub


Axtarışda olan 15 nəfər tulub

26-01-2018, 11:18
Çap et
Axtarışda olan 15 nəfər tulub Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 25-dən 26-dək 123 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Bundan başqa, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Reytinq: