Demo Sayt » hadise » Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb


Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

22-01-2018, 10:48
Çap et
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb 2018-ci il yanvar ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i "isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
Reytinq: