Bakıda axtarışda olan 5 nəfər tutuldu30-12-2015, 12:12
Çap et Bakı Şəhər Baş Polis İdarəsi xəbər verir ki, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elçin Hacıyev tutulub. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü İsmayıl Muradov tutulub. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 24-ə keçən gecə Qismət Abdullayeva məxsus, F.X.Xoyski küçəsində yerləşən dərzi sexindən pul, iki ədəd tikiş maşını və bir ədəd ütü oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Cavanşir Musayev tutulub. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 16-da Naxçıvanski küçəsində Elçin Cəfərova məxsus «VAZ-2104» markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Samir Xələfov tutulub. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 23-də D.Bünyadzadə küçəsində 1959-cu il təvəllüdlü Rafiq İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Emin Qasımov tutulub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı Şəhər Baş Polis İdarəsi xəbər verir ki, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elçin Hacıyev tutulub. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü İsmayıl Muradov tutulub.