Demo Sayt » hadise » Uşaqların telefonlarını zorla mənimsəyən dələduz tutulub


Uşaqların telefonlarını zorla mənimsəyən dələduz tutulub

16-09-2015, 13:45
Çap et
Uşaqların telefonlarını zorla mənimsəyən dələduz tutulub Bakıda uşaqların mobil telefonlarını əlindən alıb qaytarmayan dələduz tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqust ayında Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Toğrul Hüseynovun, sentyabrın 13-də Ü.Hacıbəyov küçəsində 2003-cü il təvəllüdlü Səbuhi Həsənovun və Masallı rayon sakini 2000-ci il təvəllüdlü İmaməddin İsmayılovun etibarlarından sui-istifadə eərək mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Tural Abbasov tutulub.
T.Abbasovun digər oxşar cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Reytinq: