Demo Sayt » hadise » Bakılını bıçaqlayan iki naxçıvanlı qardaş tutulub


Bakılını bıçaqlayan iki naxçıvanlı qardaş tutulub

3-09-2015, 12:03
Çap et
Bakılını bıçaqlayan iki naxçıvanlı qardaş tutulub Bakıda bıçaqlanma hadisəsinə görə Naxçıvan şəhərinin 2 sakini tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, avqustun 31-də gecə saatlarında Xətai rayounu Məhəmməd Hadi küçəsində Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirilib.
Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov tutulublar.
Reytinq: