Demo Sayt » hadise » Siqaretin içindən heroin çıxdı


Siqaretin içindən heroin çıxdı

9-02-2018, 10:42
Çap et
Siqaretin içindən heroin çıxdı Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: