Beyləqanda mənzildən ölü tapılan qadının qətlə yetirildiyi məlum olub5-04-2018, 11:09
Çap et Bu barədə Beyləqan Rayon Prokurorluğundan məlumat verilib. Qeyd edilib ki, aprelin 4-də Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılması barədə məlumat daxil olub. Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib və və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı meyitin üzərində kəsici-deşici alətlə çoxsaylı xəsarətlər aşkar edilib. Meyit daxili müayinə edilmək üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil və faktla bağlı saxlanılan yoxdur. Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılıb. Mərhumənin qonşuları Daxili İşlər Nazirliyinin "102 "qaynar xətti”nə məlumat verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
