Demo Sayt » hadise » Qızıl ticarəti ilə məşğul olan qadın məhkəmə zalında həbs edilib


Qızıl ticarəti ilə məşğul olan qadın məhkəmə zalında həbs edilib

10-04-2018, 19:28
Çap et
Qızıl ticarəti ilə məşğul olan qadın məhkəmə zalında həbs edilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Səyyarə Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Nəcəfova 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, S. Nəcəfova qızıl ticarəti ilə məşğul olub. O, zərərçəkmiş şəxslərə qarşı 30 min manat məbləğində dələduzluqda təqsirləndirilir.
Reytinq: