Şirvanda su sayğaclarını oğurlayan dəstə tutuldu23-04-2018, 13:14
Çap et DİN-dən verilən məlumata görə, aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, Energetik və T.İsmayılov küçələrindəki yaşayış bınalarının girişlərinə quraşdırılmış ümumilikdə 180 ədəd su sayğacının oğurlanması barədə müraciətlər daxil olub. Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib. Su sayğaclarının bir qismi polis əməksdaşları tərəfindən maddi sübut kimi götürülüb. Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
