Demo Sayt » hadise » Zaqatalada Türkiyə vətəndaşına məxsus TIR yandı - VİDEO


Zaqatalada Türkiyə vətəndaşına məxsus TIR yandı - VİDEO

1-05-2018, 12:08
Çap et
Zaqatalada Türkiyə vətəndaşına məxsus TIR yandı - VİDEO Zaqatalada Türkiyə vətəndaşına məxsus yük maşını yanıb.
Hadisə bu gün saat 16:45 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qımır kəndi ərazisindən keçən hissəsində baş verib.
Türkiyə vətəndaşı, 24 yaşlı Yenigül Erdinc Şaban oğlunun idarə etdiyi "Mercedes” markalı iritutumlu qoşqulu yük maşını hərəkətdə olarkən qoşqu hissəsindəki şinləri qəfildən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində qoşqunun 6 şini və qoşqunun sintetik örtüyünün bir hissəsi yanıb. Maşının qalan hissəsi yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.

Reytinq: