Demo Sayt » hadise » Bakının mərkəzində "Jeep" ağır qəza törətdi: qadın öldü


Bakının mərkəzində "Jeep" ağır qəza törətdi: qadın öldü

4-05-2018, 11:19
Çap et
Bakının mərkəzində "Jeep" ağır qəza törətdi: qadın öldü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gecə saatlarında Səbail rayonu Əhəd Yaqubov küçəsində "Jeep" markalı, 10 OE 003 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib. Ölən qadının 50-55 yaşlarında olduğu bildirilir. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb.
Reytinq: