Siqaret çəkmək üçün evdən çıxdı - MEYİTİ TAPILDI4-05-2018, 11:25
Çap et Aprelin 28-dən itkin düşdüyü bildirilən Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Arif oğlu Nağıyevin meyiti Sabirabad rayonunun Beşdəli kəndində, Kür çayının sahilində aşkarlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. *** 3 may Şirvan şəhər sakini itkin düşüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı Vasif Nağıyev cari il aprelin 28-də yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb. V.Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, və qara ayaqqabı olub. Onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
