Demo Sayt » hadise » Saxta viza ilə Azərbaycana gələn 3 əcnəbi saxlanıldı


Saxta viza ilə Azərbaycana gələn 3 əcnəbi saxlanıldı

17-05-2018, 10:57
Çap et
Saxta viza ilə Azərbaycana gələn 3 əcnəbi saxlanıldı Dövlət Sərhəd Xidməti əməkdaşları 3 xarici vətəndaşın saxta elektron vizalarla Azər­­­­­­bay­can Respublikası ərazisinə gəlmək cəhdinin qarşısını alıblar.
DSX-nın mətbuat xidmətindən verilən xəbərə görə, “Şarja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal və­­­təndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olunub.
Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il tə­vəl­lüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verilməsi aşkar edilib.
Araşdırma zamanı həmin şəxs­lərin Azərbaycan Respublikası əra­­­­zisindən tranzit isti­fadə et­mək­lə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Belə ki, Ne­pal vətəndaşlarının Azərbaycan Respubli­ka­sının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə et­mə­­ləri, Bakıya turizm məqsədilə səfər etmə­lərini bildirdikləri halda ge­riyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etmə­mə­ləri müəyyən edil­ib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir.
Reytinq: