Güclü təsir edən dərman preparatlarının satışı ilə məşğul olan şəxs tutulub6-06-2018, 14:07
Çap et Keçirilən əməliyyat axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxil olan tramadol adlı dərman preparatlarının satışını təşkil edən Astara şəhər sakini Rəna Həsənova saxlanılıb. Davam edən tədbirlərlə Astara rayonu ərazisində ayrı-ayrı şəxslərə dərman preparatlarının satışı ilə məşğul olan R. Həsənovanın yaşadığı evdən 160 ədəd güclü təsir edən tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsir edən dərman preparatlarını satış məqsədilə əldə edərək fərdi yaşayış evinin həyətindəki tikilidə saxladığı müəyyən edilib. R. Həsənova barəsində Astara rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
