Demo Sayt » hadise » Bakıda iki nəfəri öldürməyə cəhd edən şəxsə hökm oxunub


Bakıda iki nəfəri öldürməyə cəhd edən şəxsə hökm oxunub

6-06-2018, 14:09
Çap et
Bakıda iki nəfəri öldürməyə cəhd edən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhd edən Orxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, O. Cəfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Orxan Cəfərov sərxoş halda mübahisə zəminində Rəvan İsgəndərov və Emil Əhmədova bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçıb.
Reytinq: