Demo Sayt » hadise » İmişlidə karxanada bədbəxt hadisə: ölən var


İmişlidə karxanada bədbəxt hadisə: ölən var

14-06-2018, 11:21
Çap et
İmişlidə karxanada bədbəxt hadisə: ölən var İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.
İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.
İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: