Azərbaycanda DƏHŞƏT: Üç nəfər bıçaqlandı6-09-2018, 15:30
Çap et Hadisə gecə saatlarında Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsi ərazisində baş verib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə üç nəfər daxil olub. Onlardan 1952-ci il təvəllüdlü Veravul kənd sakini olan, Nərimanabad qəsəbəsində məskunlaşan Oktay Əliağa oğlu Həsənov qarın boşluğundan, 1947-ci il təvəllüdlü Hüseynağa Kitabulla oğlu Əliyev ürək nahiyəsindən, 1947-ci il təvəllüdlü Faiq Vaqif oğlu Məlikov isə hər iki bud nahiyəsindən xəsarət alıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni F.Məlikov şəxsi münaqişə zəminində törədib və sonradan özünə xəsarətlər yetirib. İki yaralı əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən F.Məlikova ambulator yardım göstərildikdən sonra buraxılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
