23 yaşlı qadından ərinə qarşı İNANILMAZ ƏMƏL - Bakıda DƏHŞƏT11-09-2018, 16:00
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 17-nə təyin edilib. İttihama görə, ötən il oktyabrın 7-də Bakının Sabunçu rayonunda 23 yaşlı Tünzalə Vəliyeva mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Məlum olub ki, qətl hadisəsi törədilən zaman Nazim Vəliyev sərxoş olub. Fəhlə işləyən Nazim oktyabrın 7-də axşam evə sərxoş gəlib, arvadını döyüb. Bundan sonra onların arasında mübahisə yaranıb, mübahisə qətllə nəticələnib. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
