“Qızılağac” qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb20-09-2018, 13:12
Çap et DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb. M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
