Həkimlərin "yaxşıdır" dedikləri uşaq ağır vəziyyətdə Bakıya gətirildi - FOTO13-08-2015, 11:10
Çap et Uşağın qonşuları Milli.Az-a müraciət edərək Orxana köməklik edilməsini xahiş etdilər. Xəstəxanada yanıq şöbəsi olmadığından uşağın valideynlərinin gözləri qarşısında üzülüb getdiyini dedilər. Xəstəxananın rəhbərliyi ilə uzun sürən söhbəti və məsələnin işıqlandırılmasından sonra dünən təcili yardım maşını ilə Bakıdakı Yanıq Mərkəzinə gətirilib. Halbuki xəstəxananın baş həkimi Paşa Muradov Milli.Az-ın əməkdaşını savadsız yazı hazırlamaqda ittiham etdi, onun müavini Mahirə Quliyeva isə Orxanın vəziyyətinin normal olduğuna, valideynlərinin heç bir şikayəti olmadığına inandırmağa çalışırdı. Qeyd edək ki, Orxanın anası evdə təmizlik işləri aparıb və köhnə paltarları toplayaraq həyətdə yandırıb. Bu zaman Orxan anasının yandırdığı ocağa yıxılıb. Əynində sintetik paltar olduğundan dərhal alışıb və özünü yaxınlıqdakı su arxına atıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
