Sabunçu stansiyasından rabitə xəttini oğurlayan şəxs saxlanılıb19-11-2018, 12:43
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun stansiyaya məxsus 80 metr naqili oğurladığı məlum olub. Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
