Demo Sayt » hadise » Bakıda zavoddan oğurluq etməkdə təqsirləndirilən mühafizəçinin məhkəməsi başlayır


Bakıda zavoddan oğurluq etməkdə təqsirləndirilən mühafizəçinin məhkəməsi başlayır

4-12-2018, 11:27
Çap et
Bakıda zavoddan oğurluq etməkdə təqsirləndirilən mühafizəçinin məhkəməsi başlayır Bakıda zavoddan oğurluq etməkdə təqsirləndirilən Rəşad Əzizov, Samir Mürsəlov və Şahin Şıxəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Ceyhun Qədimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, oğurluq hadisəsi bu il Bakının Suraxanı rayonunda baş verib.
Rayonun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən, “ATEF Şirkətlər Qrupu” MMC-yə məxsus zavoddan 120 kiloqram mis külçələr oğurlanıb.
Daha sonra oğurluq hadisəsində şübhəli bilinən Bakı sakinləri R.Əzizov və S.Mürsəlov saxlanılıblar.
Əməliyyat tədbirləri ilə onların həmin zavodda mühafizəçi işləyən paytaxt sakini Ş.Şıxəliyevlə birgə müxtəlif vaxtlarda zavoddan 575 kiloqram mis məmulat oğurladıqları da müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə Ş.Şıxəliyev də saxlanılıb.
Reytinq: