Demo Sayt » hadise » Qardaşı arvadını yandırıb öldürən şəxsə 17 il cəza verildi


Qardaşı arvadını yandırıb öldürən şəxsə 17 il cəza verildi

19-12-2018, 11:26
Çap et
Qardaşı arvadını yandırıb öldürən şəxsə 17 il cəza verildi Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Əsgərov 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, Sabunçu rayonunda İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.
X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Reytinq: