Bakıda imtahana gedən 15 yaşlı oğlanın itkin düşdü29-01-2019, 11:05
Çap et Maştağada yaşayan Araz Anar oğlu Cəlilov yanvarın 27-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Oğlanın atası Anar Cəlilov BAKU.WS-ə məlumat verib ki, Araz sınaq imtahanına getmək adı ilə evdən çıxıb. Lakin o, imtahana girməyib. "Onu axırıncı dəfə Sabunçu dairəsi, "Koroğlu” metrosu yaxınlığında görüblər. Bu barədə polisə məlumat vermişəm. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsində oğlumun axtarışlarına başlandığı deyilir”, - deyə Anar Cəlilov bildirib. Qeyd edək ki, evdən çıxarkən Arazın əynində qısa gödəkçə və cins şalvar və üstündə məktəbli çantası olub. Atasının sözlərinə görə, oğlanın mobil telefonu olmayıb. "Heç bir problemi olmayıb. Uşağın xəstəliyi, yaxud narahatlığı yoxdur. Kiminləsə heç bir problemim, yaxud düşmənçiliyim yoxdur”. Araz Cəlilovu görənlər 0552529324 saylı telefonla əlaqə saxlasınlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
