Bakıda hündürmərtəbəli binada tüstüdən zəhərlənənlərin adları məlum oldu25-02-2019, 17:52
Çap et Bakıda hündürmərtəbəli binada baş verən tüstülənmə nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə gətirilən 3 nəfərin kimliyi məlum olub.Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə nəticəsində tüstüdən zəhərlənmə ilə şöbəyə qəbul olunanlar - 1965-ci il təvəllüdlü Sultan Qənbərova, 1993-cü il təvəllüdlü Səidə Əliyeva və 3 aylıq oğlan uşağı olan Ata Nihad Atəş oğludur. Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. X X X Bakının Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş tüstülənmə nəticəsində 3 aylıq uşaq zəhərlənib. Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, azyaşlı mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: "Uşaq tüstüdən zəhərlənib". Qeyd edək ki, tüstülənmə Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasının C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb. 60-dan çox sakin binadan təxliyə edilib. Tüstülənmənin qarşısı alınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakıda hündürmərtəbəli binada baş verən tüstülənmə nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə gətirilən 3 nəfərin kimliyi məlum olub.