Saatlı sakininin çantasından 7 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb1-03-2019, 11:30
Çap et DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Saatlı rayon Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
