Demo Sayt » hadise » Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb - DGK


Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb - DGK

15-03-2019, 12:02
Çap et
Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb - DGK Azərbaycan ərazisinə narkotik vasitələrin daşıyıcısı kimi qadınlardan istifadə halları çoxalıb.
Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-istintaq Baş İdarəsinin rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.
Onun sözlərinə görə, son ildə narkotik qaçaqmalçılıq zamanı narkotik daşıyıcıların 14%-ni qadınlar təşkil edib. Keçən il bədən boşluğunda narkotik maddələrin daşıması üzrə 87 fakt qeydə alınıb ki, bunun da çoxu qadınlarda aşkarlanıb.
Reytinq: