Xaçmazda 150 kiloya yaxın yararsız at əti aşkarlandı5-04-2019, 12:41
Çap et Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, ilkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında aparılan araşdırma zamanı aşkar olunan mənşəyi məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan Agentlik əməkdaşları tərəfindən utilizasiya olunub. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirməkdədir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
