Demo Sayt » hadise » 85 yaşlı kişini kəlbətinlə qətlə yetirən HAKİM QARŞISINDA


85 yaşlı kişini kəlbətinlə qətlə yetirən HAKİM QARŞISINDA

9-04-2019, 12:25
Çap et
85 yaşlı kişini kəlbətinlə qətlə yetirən HAKİM QARŞISINDA 85 yaşlı kişini kəbətinlə qətlə yetirməkdə təqsirli bilinən Sakit Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 15-ə təyin edilib.
Qeyd edək ki, qətl ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb. İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb.
Reytinq: