Azərbaycanda qısqanclıq zəminində qətl: atasının çayxanasına çağırıb.... - DƏHŞƏT10-05-2019, 10:59
Çap et Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Kənd sakini, 1990-cu il təvəllüdlü Rafiq Mehtiyev həmkəndlisi 1992-ci il təvəllüdlü Elton Məmmədov öldürüb. Bildirilir ki, R.Mehtiyevlə E.Məmmədov arasında qısqanclıqla bağlı aralarında problem yaranıb. Rafiq Mehtiyev məsələni həll etmək üçün Elton Məmmədovu atasına məxsus çayxanının yanına çağırıb. Bundan sonra R.Mehtiyev E.Məmmədova məxsus "VAZ 21011" avtomobilə minərək sonuncunun döş qəfəsindən bıçaqla zərbə vurub. E.Məmmədov hadisə yerində keçinib. Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Mehtiyev hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb. Araşdırmalar davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
