Qanunsuz balıq tutanlar saxlanıldı27-05-2019, 10:50
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Qarabağ Kanalının Bərdə rayonundan keçən hissəsində qanunsuz ov etməkdə şübhəli bilinən rayon sakinləri Mehman Abbasov, Mahmud Nəcəfov, Rafiq Mehdiyev və Kərim Əmrahov saxlanılaraq polis şöbəsinə gətirilib. Yoxlama zamanı onlardan balıq tutmaq üçün müxtəlif avadanlıqlar, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 29 ədəd müxtəlif növ balıq aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
