İrandan Azərbaycana daxili orqanlarında psixotrop maddə keçirməyə cəhd edən iki qadın saxlanılıb10-06-2019, 13:18
Çap et Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum edilib. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
