Demo Sayt » hadise » Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb


Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb

5-08-2019, 02:31
Çap et
Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran istirahət zonasında qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2109" markalı nəqliyyat vasitəsi 3 piyadanı vurub.Onlardan biri - Xudat şəhəri, İstisu qəsəbə sakini 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Reytinq: